Azərbaycan Respublikası Təhsil Nazirliyi
Akkreditasiya və Nostrifikasiya İdarəsi

TƏLƏB OLUNAN SƏNƏDLƏR
 
  1. Müraciətçi formasının doldurulması;
  2. Ali təhsil haqqında sənəd (əsli və dövlət notariusu tərəfindən təsdiq olunmuş Azərbaycan dilinə tərcümə edilmiş surəti);
  3. Tədris olunmuş fənlər, onların həcmi, alınmış yekun qiymətlər, təcrübə, kurs və buraxılış işlərinin nəticələri və tədris prosesini təşkil edən digər göstəricilər qeyd olunmaqla ali təhsil haqqında sənədə əlavə (əsli və dövlət notariusu tərəfindən təsdiq olunmuş Azərbaycan dilinə tərcümə edilmiş surəti);
  4. Şəxsiyyət vəsiqəsinin və xarici pasportun (sərhəd keçməni bildirən möhürlü səhifələri ilə birlikdə) surəti;
  5. Əmək kitabçasının surəti (qiyabi təhsil alanlar üçün);
  6. Hərbi biletin surəti  və ya hərbi xidmətinin qeydiyyatı haqqında arayış.
  7. Nostrifikasiya üçün magistr diplomlarını təqdim edən edən şəxslər bakalavr diplomlarının surətlərini də təqdim etməlidirlər (bakalavr diplomu xarici ali təhsil müəssisəsi tərəfindən verildikdə, həmin diplom da eyni qaydada nostrifikasiya olunmalıdır.)
 
XÜSUSİ TƏLƏB 

  1. Ali təhsil haqqında sənədlər tanınma üçün təqdim edilməmişdən əvvəl verildiyi ölkədə müvafiq qaydada leqallaşdırılmalıdır.
  2. Bir qayda olaraq "Haaqa Konvensiyası"na qoşulan dövlətlərin ali təhsil haqqında sənədləri (diplom və ona əlavə) "apostil" möhürü ilə leqallaşdırılmalıdır.
  3. "Haaqa Kovensiyası"na qoşulmayan xarici ölkələrdə alınan ali təhsil haqqında sənəd və ona əlavə sənədi verən ölkənin Təhsil Nazirliyində müvafiq qanunlara uyğun olaraq təsdiq edildikdən sonra Azərbaycan Respublikasının sənədi verən ölkədəki səfirliyində (konsulluğunda) leqallaşdırılmalıdır.
  4. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi üçün ekspert xidməti haqqı olaraq 50 (əlli) manat (sənədlərlə birlikdə yüklənilməklə) ödənilməlidir. Xidmət haqqının ödənilməsi üçün rekviziti cap edib banka yaxınlaşmağınız xahiş olunur.
 Qeyd: 50 manat: ödəniş tapşırığının büdcə təsnifatının kodu: 142319 ,Büdcə  səviyyəsinin kodu: 3.
 

A1. Emitent (ödəyən) bank

Adı:

Kodu:

VÖEN:

Müxbir hesabı:

S.W.İ.F.T.  BİK:

B1. Benefisiar (alan) bank

Adı:  Dövlət Xəzinədarlıq Agentliyi

Kodu:  210005

VÖEN:  1401555071

Müxbir hesabı:  AZ41NABZ01360100000000003944

S.W.İ.F.T.  BİK:  CTREAZ 22

A2. Ödəyən müştəri

Adı:

Hesab №:

VÖEN:

B2. Alan müştəri

Adı:  Akkreditasiya və Nostrifikasiya idarəsi

Hesab №:  AZ25CTRE00000000000002167815

VÖEN:  1602564061

C1. Valyuta növü:   AZN

C2. Köçürülən məbləğ

Məbləğ rəqəmlə:  50.00

Məbləğ yazı ilə:   Əlli manat 00qəpik.

D1. Ödənişin təyinatı və əsas:

Fond 3 – 142319  – Sair xidmətlər üzrə daxilolmalar.

Ekspert  xidmətləri.

D2. Ödənişlə əlaqədar əlavə informasiya:

S.A.A.

D3. Büdcə təsnifatının kodu:   142319

D4. Büdcə səviyyəsinin kodu:   3

Müştərilərin imzaları:

1.

2.

Bankın imzası:

1.

2.

   
 
  1. Dövlət rüsumuhaqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən xarici dövlətlərin ali təhsil sənədlərinin tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün müraciət etmiş vətəndaşdan hər şəhadətnamə üçün 15 (on beş) manat dövlət rüsumu (vətəndaşa şəhadətnamənin hazır olmasına dair elektron ünvanına və ya mobil nömrəsinə SMS bildiriş gəldikdən sonra) ödənilməlidir.
     Xidmət haqqının ödənilməsi üçün rekviziti cap edib banka yaxınlaşmağınız xahiş olunur.
    Ödəniş qəbzi ilə birlikdə İdarəyə yaxınlaşın.
     Qeyd:15 manat: ödəniş tapşırığının büdcə təsnifatının kodu:142297,  büdcə  səviyyəsinin kodu: 1.
 

A1. Emitent (ödəyən) bank

Adı:

Kodu:

VÖEN:

Müxbir hesabı:

S.W.İ.F.T.  BİK:

B1. Benefisiar (alan) bank

Adı:  Dövlət Xəzinədarlıq Agentliyi

Kodu:  210005

VÖEN:  1401555071

Müxbir hesabı: AZ41NABZ01360100000000003944

S.W.İ.F.T.  BİK:  CTREAZ 22

A2. Ödəyən müştəri

Adı:

Hesab №:

VÖEN:

B2. Alan müştəri

Adı:  Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti

Hesab №:  AZ17CTRE00000000000002117131

VÖEN:  1403006271

C1. Valyuta növü:   AZN

C2. Köçürülən məbləğ

Məbləğ rəqəmlə:  15.00

Məbləğ yazı ilə:  On beş manat 00 qəpik.

D1. Ödənişin təyinatı və əsas:

Fond 1 – Dövlət rüsumu.

Şəhadətnamənin verilməsi üçün.

D2. Ödənişlə əlaqədar əlavə informasiya:

S.A.A.

D3. Büdcə təsnifatının kodu:   142297

D4. Büdcə səviyyəsinin kodu:   1

Müştərilərin imzaları:

1.

2.

   
 
 
Nostrifikasiya.edu.az saytına daxil olduqdan sonra müraciət ərizəsi yarat bölməsi vasitəsilə qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyatdan keçdikdən sonra şəxsi kabinet vasitəsilə sənədlər yüklənilməlidir. Hər bir sənədi pdf formatında 1 fayl şəklində həcmi 1 MB-dan çox olmayaraq yükləmək lazımdır. Sənəd yüklədiyiniz zaman əlavə sual yaranarsa Təhsil Nazirliyinin qaynat xətti (012) 146 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.