Azərbaycan Respublikası Təhsil Nazirliyi
Akkreditasiya və Nostrifikasiya İdarəsi

 

Müraciətçilərin diqqətinə!

 

 

 

Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya Idarəsi tərəfindən həyata keçirilən xarici dövlətlərin təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) prosesi tam olaraq elektronlaşıb.

 

Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq aşağıdakı ödənişli xidmət növləri  yaradılıb:

 

  1. Xarici təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən olunması (nostrifikasiya) üçün tələb olunan sənədlərin elektron qəbul sisteminə yüklənilməsi;

 

  1. Xarici təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən olunması (nostrifikasiya) üçün tələb olunan sənədlərin Azərbaycan dilinə tərcümə edilməsi.

 

 

Ünvan: Qara Qarayev prospekti 2B.

 

Əlaqə: (+994) 50 5559780

 

İş Vaxtı: Həftənin iş günləri saat 09:00-18:00