Azərbaycan Respublikası Təhsil Nazirliyi
Akkreditasiya və Nostrifikasiya İdarəsi

ANA SƏHİFƏ > HAQQIMIZDA> İDARƏ

MİSSİYA

      Təhsildə keyfiyyətin təminatı sistemini təkmilləşdirməklə təhsil müəssisələrinin yerli və beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək, xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş təhsil sənədlərini tanımaq və ixtisas ekvivalentliyini müəyyən etməklə əmək bazarını təhsilli mütəxəssislərlə təmin etmək.

 GƏLƏCƏYƏ BAXIŞ

       Ölkədaxili və beynəlxalq miqyasda təhsildə keyfiyyətin təminatı üzrə peşəkar və etibarlı bir quruma çevrilmək.

 

DƏYƏRLƏR VƏ PRİNSİPLƏR


Keyfiyyətli xidmət:

Fəaliyyətlərini mütəmadi olaraq təhlil etməklə və qabaqcıl beynəlxalq təcrübə əsasında təhsildə keyfiyyətin təminatı sistemini təkmilləşdirir.

Qərəzsizlik:

Qiymətləndirmə prosesində bütün təhsil müəssisələrinə obyektiv, qərəzsiz yanaşır və qiymətləndirmənin nəticələri barədə qərarlarını müstəqil və peşəkar ekspertlərin fakt və dəlillərinə əsaslanaraq verir.

Şəffaflıq:

İdarənin fəaliyyəti, təhsil müəssisələri və təhsil proqramlarının qiymətləndirilməsi üzrə standartlar, qaydalar və qiymətləndirmənin nəticələri, eləcə də nostrifikasiya proseduru və nəticələr bütün maraqlı tərəflər və ic maiyyət üçün açıq və əlçatandır.

Əməkdaşlıq:

Təhsildə keyfiyyətin yüksəldilməsi üçün bütün mümkün olan tərəfləri cəlb edir; beynəlxalq əməkdaşlıq vasitəsilə qabaqcıl təcrübələri öyrənərək təhsil müəssisələri ilə paylaşır; beynəlxalq şəbəkələrdə təmsil olunmaqla ekspert, təcrübə və məlumat mübadiləsini həyata keçirir; təhsil sənədlərinin tanınması sahəsində mövcud beynəlxalq təcrübədən istifadə edir.

Peşəkarlıq:

Fəaliyyətində missiya və vəzifələrini peşəkarlıqla icra edir, daim yeni və innovativ təcrübələri öyrənərək tətbiq edir.

STRATEJİ HƏDƏFLƏR


1. Ölkənin təhsil sektorunda keyfiyyətin təminatı sistemini təkmilləşdirmək


  • Təhsilin müxtəlif pillələri üzrə keyfiyyətin təminatı standartlarını və qaydalarını Avropa Təhsil Məkanında keyfiyyətin təminatı üzrə standartlara və qaydalara uyğunlaşdırmaqla tətbiq etmək;
  • Keyfiyyətin təminatı prosesinə təhsilin keyfiyyətində maraqlı olan bütün tərəfləri (təhsilverənlər, təhsilalanlar və işəgötürənlər) cəlb etmək;
  • Keyfiyyətin təminatı üzrə qabaqcıl təcrübələrin öyrənilməsi vasitəsilə təhsil müəssisələrinin potensialını gücləndirmək;
  • Akkreditasiya prosesinə tanınmış beynəlxalq akkreditasiya agentliklərinin ekspertlərini cəlb etmək: məlumat, təcrübə və ekspert mübadiləsini həyata keçirmək;
  • Akkreditasiya Komissiyasının ekspertlərinin seçim meyarlarını müəyyən etmək, ekspert bankını yaratmaq və mütəmadi təkmilləşdirmək;
  • Akkreditasiyanın aparılmasına və Nostrifikasiya prosesinin təşkilinə dair təlim proqramları təşkil etmək;
  • Təhsil müəssisələrinə daxili keyfiyyətin təminatı sisteminin təkmilləşdirilməsində dəstək olmaq;
  • Təhsil müəssisələrinin milli reytinq sistemini yaratmaq.

2. Təhsil ictimaiyyəti arasında peşəkar və etibarlı quruma çevrilmək


  • Maraqlı tərəflərlə dialoq və qarşılıqlı əməkdaşlıq qurmaq;
  • İdarə əməkdaşlarının bilik və bacarıqlarını mütəmadi inkişaf etdirmək;
  • Təhsil müəssisələri və təhsil proqramlarının akkreditasiyası üzrə məlumat bazası yaratmaq, akkreditasiyanın nəticələrini İdarənin veb səhifəsində dərc etmək;
  • Nostrifikasiya xidməti üzrə yekun məlumatları ictimaiyyət üçün açıq və əlçatan etmək.

3. Təhsildə keyfiyytin təminatı üzrə beynəlxalq səviyyədə tanınan quruma çevrilmək


  • Təhsildə keyfiyyətin təminatı üzrə aparıcı beynəlxalq şəbəkələrə üzv olmaq;
  • Digər ölkələrin akkreditasiya və nostrifikasiya qurumları ilə əməkdaşlıq etmək və beynəlxalq layihələrdə iştirak etmək;
  • Beynəlxalq təşkilat və agentliklərlə təcrübə və ekspert mübadiləsi həyata keçirmək;
  • Nostrifikasiya elektron xidmət bazasını təkmilləşdirməklə müraciət edənlərlə İdarə arasında birbaşa ünsiyyəti minimallaşdırmaq və daha da keyfiyyətli xidmətlə təmin etmək