Azərbaycan Respublikası Təhsil Nazirliyi
Akkreditasiya və Nostrifikasiya İdarəsi

ANA SƏHİFƏ > HAQQIMIZDA> ÖN SÖZ
ÖN SÖZ

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi təhsil müəssisələrində keyfiyyətin təminatının yüksəldilməsi, xarici təhsil sənədlərinin tanınması və ixtisasların ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) işinin səmərəli təşkili və bu işdə operativliyin artırılması, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi məqsədilə yaradılmışdır.    

İdarə öz fəaliyyətində müasir idarəçilik metodlarını, “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”nu, digər normativ hüquqi sənədlərini, İdarənin Əsasnaməsini, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı təhsillə bağlı beynəlxalq müqavilələri rəhbər tutur.

Strateji hədəflər müəyyən edilərkən, İdarənin Əsasnaməsi ilə müəyyən olunmuş məqsəd və vəzifələr əsas götürülmüş, o cümlədən Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf konsepsiyası, Avropa Ali Təhsil Məkanında keyfiyyətin təminatı  üzrə standartlar və rəhbər qaydalara istinad edilmişdir.