Azərbaycan Respublikası Təhsil Nazirliyi
Akkreditasiya və Nostrifikasiya İdarəsi

Xarici ölkə tərəfindən verilən təhsil sənədləri adıçəkilən ölkə tərəfindən tanındığı zaman müvafiq olaraq Azərbaycan Respublikası tərəfindən də tanınır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2010-cu il tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən magistratura səviyyəsində bakalavr təhsili bazasından ayrı- ayrı ixtisasların ixtisaslaşmaları üzrə müvafiq təhsil proqramlarının əsasında mütəxəssislər hazırlanır. Bakalavr və magistr pilləsi üzrə ixtisasların fərqli olması qaydalara uyğun gəlmədiyindən ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi mümkün deyildir.
Azərbaycan Respublikası ərazisində distant və ya eksternant təhsil forması üzrə tədrisin təşkili və qiymətləndirilməsi mexanizmi qanunvericilikdə nəzərdə tutulmadığından bu tip təhsil sənədlərinin ekvivalentliyinin müəyyən olunması mümkün deyildir.
Vətəndaşın xarici pasportundakı müvafiq qeydlər və Azərbaycan Respublikası Daxili İşlər orqanlarına şəxsin ölkə ərazisinə giriş-çıxış barədə göndərilən sorğu ilə.
Qəhvəyi rəngli şəhadətnamə Azərbaycan Respublikası ərazisində əmək fəaliyyəti zamanı tələb edilən müəssisəyə təqdim etmək üçün, Yaşın rəngli şəhadətnamə isə Azərbaycan Respublikası ərazisində təhsilin növbəti pilləsinə qəbul üçün təqdim olunur.