Azərbaycan Respublikası Təhsil Nazirliyi
Akkreditasiya və Nostrifikasiya İdarəsi

Bu halda ərizə ilə polis idarəsinə müraciət etdib arayış əldə edilməli, Azərbaycan müəllimi qazetində şəhadətnamənin itirilməsi barədə elan verməli daha sonra arayış və elanla birlikdə İdarəyə yaxınlaşıb dublikat şəhadətnamənin verilməsi üçün ərizə ilə müraciət olunmalıdır.
Təhsil sənədlərinin tanınması ilə bağlı təqdim olunmuş sənədlərə orta baxılma müddəti əlavə sənədlərin və sorğuların tələb olunmasından asılı olaraq dəyişə bilər. Bir qayda olaraq, bütün lazımi sənədlər, həmçinin müvafiq sorğuların cavabları Nazirliyə daxil olduqdan sonra sənədlər baxılıb rəy verilməsi üçün Ekspert Qrupuna təqdim olunur.
Xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə və sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan digər tələblərin uyğunsuzluğu aşkarlandıqda.
Təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu.
1. tədris planının və proqramlarının məzmunu; 2. attestasiya sistemləri; 3. öyrənilmiş fənlərin həcmi; 4. fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyanın nəticəsi.