Azərbaycan Respublikası Təhsil Nazirliyi
Akkreditasiya və Nostrifikasiya İdarəsi

Pilot qiymətləndirmələrin hesabat görüşü keçirilib. 22.06.2017

 

 

İyunun 20-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Təhsil NazirliyiAvropa İttifaqının (Aİ) Tvinninq layihəsi tərəfindən “Ali təhsilin keyfiyyətinin yüksəldilməsi” mövzusunda konfrans keçirilib. Konfransda layihənin ekspertləri, pilot universitetlərin və qiymətləndirmə qruplarının nümayəndələri iştirak edib.

 

Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, konfransın məqsədi ali təhsilin və tədqiqatın keyfiyyətinin yüksəldilməsilə bağlı Təhsil Nazirliyinin hazırladığı yeni planlarla universitetləri tanış etməkdir.

 

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard layihənin Aİ-nın ali təhsilə aid ilk layihəsi olduğunu deyib. Qeyd edib ki, layihə Azərbaycanla Aİ ölkələri arasında əlaqələrin daha da inkişafına təkan verəcək.

 

Estoniyanın müvəqqəti işlər vəkili İnderek Kiverik isə icrası uğurla başa çatan layihəni finlandiyalı və estoniyalı ekspertlərlə azərbaycanlı həmkarları arasında təcrübə mübadiləsinin aparılması baxımından faydalı hesab edib.

 

Verilən tövsiyələrin və əldə olunan nəticələrin ali təhsildə tətbiqi, beynəlxalq mobillik və əməkdaşlıq, universitetlər arasında əməkdaşlığın inkişaf etdirilməsi, universitetlərin müstəqilliyi kimi məsələlər də konfransda geniş müzakirə olunub.

 

Tədbirdə Tvinninq layihəsinin ekspertləri, pilot universitetlərin və qiymətləndirmə qruplarının nümayəndələri təqdimatla çıxış ediblər. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən hazırlanan qaydalar şərh edilərək ali təhsil sahəsində çalışan əməkdaşlarla fikir mübadiləsi aparılıb.

 

Layihəyə dair yekun konfrans avqustun 29-da keçiriləcək.

 

İki illik dövrü əhatə edən pilot layihə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji UniversitetiAzərbaycan Texniki Universitetində həyata keçirilib.

 

 

 

 
1 / 14