Azərbaycan Respublikası Təhsil Nazirliyi
Akkreditasiya və Nostrifikasiya İdarəsi

Ali təhsil müəssisələrində keyfiyyətin təminatı məsələləri müzakirə olunub. 04.10.2017

 

 

Oktyabrın 3-də Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin təşkilatçılığı ilə Avropa İttifaqının TAİEX proqramı çərçivəsində “Ali təhsil müəssisələrində daxili keyfiyyət təminatı sisteminin yaradılmasına dəstək” adlı seminar keçirilib.

 

 Seminarda Akkreditasiya və Nostrifikasiya İdarəsinin, ali təhsil müəssisələrinin əməkdaşları iştirak edib. Seminarı xarici ekspert qismində Finlandiyanın Lapland Universitetindən Hannele Keranen və Merja Forest, Estoniyanın Tallin Universitetindən isə Katlin Vanari aparıblar.

 

Seminarda xarici ekspertlərin ali təhsil müəssisələrində keyfiyyətin təminatına dair təcrübələri dinlənilib və bu istiqamətdə Avropa ali təhsil məkanında tətbiq edilən mexanizmlərə dair müzakirələr aparılıb. Həmçinin iştirakçılar ali təhsildə keyfiyyət standartları və göstəriciləri, eləcə də onların Azərbaycan ali təhsil məkanında tətbiqi zamanı qarşılaşa biləcəkləri mümkün çətinliklərin aradan qaldırılmasına dair fikirlərini bölüşüblər. 

 

Tədbirin keçirilməsində məqsəd həm Azərbaycanın ali təhsil müəssisələri, həm də yerli və xarici müəssisələr arasında əməkdaşlıq şəbəkəsinin möhkəmləndirilməsi və beynəlxalq təcrübənin Azərbaycanın ali təhsil sistemində tətbiqinin genişləndirilməsidir.

 

Seminar öz işini oktyabrın 4-də başa çatdıracaq.

 

 

 

 

1 / 14