Azərbaycan Respublikası Təhsil Nazirliyi
Akkreditasiya və Nostrifikasiya İdarəsi

Ali təhsil müəssisələrində özünütəhlil hesabatının hazırlanmasına dəstək üçün təlimlər keçirilir. 17.11.2017

 

 

ANİ-nin Akkreditasiya şöbəsinin əməkdaşları tərəfindən 2017-2018 tədris ili müddətində akkreditasiyası keçiriləcək ali təhsil müəssisələrinin əməkdaşlarına akkreditasiya prosesinin bir hissəsi olaraq özünütəhlil hesabatlarının hazırlanmasına dəstək məqsədi ilə təlimlər keçirilməsinə başlanılmışdır.

 

Təlimlərin məqsədi ali təhsil müəssisələri tərəfindən təqdim olunan özünütəhlil hesabatlarının təkmilləşdirilməsi və hesabatların tələb olunan qaydada tərtib olunmasına dəstək göstərməkdir. Təlimlərdə ali təhsil müəssisələrinin müvafiq səlahiyyətli şəxsləri ilə birlikdə özünütəhlil prosesinin effektiv təşkili, hesabatlarda qiymətləndirmə meyarlarının tam şəkildə əksi, habelə müəssisənin fəaliyyətində son 5 ilin dinamik inkişafının əks olunması, müvafiq ardıcıllıqla onların hesabatda göstərilməsi qaydaları müzakirə olunmuş və akkreditasiya üçün keyfiyyət istiqamətləri ətraflı şəkildə izah olunmuşdur. 

 

Təlim iştirakçıları akkreditasiya prosesinin təşkilində bu təlimlərin faydalı olduğunu qeyd etmiş, ali təhsil müəssisələrində keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsi üçün onların davam etdirilməsinin vacibliyini vurğulamışlar.

 

Təlimlər öz işini 23 noyabrda başa çatdıracaq.

 

 

 

 

1 / 14