Azərbaycan Respublikası Təhsil Nazirliyi
Akkreditasiya və Nostrifikasiya İdarəsi

Akkreditasiya şöbəsinin müdiri Tofiq Əhmədov “XXI əsrin Yeni Pedaqogikası – Ali Təhsil Müəllimləri üçün” mövzusunda keçiriləcək təlim proqramında iştirak edəcək 01.12.2017

 

 

Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin Akkreditasiya şöbəsinin müdiri Tofiq Əhmədov İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin İsrailin Beynəlxalq İnkişaf üçün Əməkdaşlıq Agentliyi (MAŞAV) tərəfindən təşkil olunacaq “XXI əsrin Yeni Pedaqogikası – Ali Təhsil Müəllimləri üçün” mövzusunda keçiriləcək təlim proqramında iştirak edəcək.

 

Təlimlər 2017-ci ilin 3-22 Dekabr tarixində İsraildə keçiriləcək.

 

Təlimin məqsədi XXI əsrin  təhsil bacarıqlarının çatdırılması, mütərəqqi düşüncə və innovativ təlim mühitinin yaxşılaşdırılması, ünsiyyət bacarıqları, əməkdaşlıq və komandada iş kimi vərdişlərin inkişaf etdirilməsi metodlarını öyrənməkdir. Təlimin əsas mövzu istiqamətlərini isə müasir ali təhsildə tədris və təlim, tələbərin necə öyrəndiklərinin başa düşülməsi, tələbələrin motivasiya edilməsi, onların yaradıcı, strateji və tənqidi düşüncələrini inkişaf etdirən metodlardan istifadə edilməsi, səmərəli pedaqogikası, tədrisin keyfiyyəti və standartları və s. təşkil edir.

 

 

 

1 / 14