Azərbaycan Respublikası Təhsil Nazirliyi
Akkreditasiya və Nostrifikasiya İdarəsi

9 yanvar 2018-ci il tarixində Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin təşkilatçılığı ilə təlim keçirilmişdir. 09.01.2018

9 yanvar 2018-ci il tarixində Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin təşkilatçılığı ilə 2017-2018 tədris ilində akkreditasiyası keçiriləcək ali təhsil müəssisələrinin akkreditasiya komissiyalarının sədr və sədr müavinləri üçün təlim keçirilmişdir. Təlimin məqsədi akkreditasiya prosesinin təkmilləşdirilməsi və komissiya üzvlərinin professional bacarıqlarının artırılmasına dəstək göstərməkdir.

Təlim simulyasiya formatında təşkil olunmuş və simulyasiya zamanı ekspertlər özünütəhlil hesabatı nümunələri ilə tanış olmuş, hesabat əsasında müsahibələrin keçirilməsi üzərində qrup tapşırıqları üzərində işləmişlər.

Təlim zamanı qeyd edilmişdir ki, akkreditasiya prosesinin səmərəliliyinin artırılmsı məqsədi ilə təlim nəticələrinə əsaslanan tələbə yönümlü tədrisin təşkili məsələlərinə daha çox diqqət yetirilməlidir.

Sonda akkreditasiya komissiyalarının üzvləri akkreditasiya prosesində qarşıya çıxan bir sıra məqamlarla bağlı öz suallarını ünvanlamış və bu məsələlərə birlikdə aydınlıq gətirilmişdir.

Akkreditasiya və Nostrifikasiya İdarəsi akkreditasiya prosesinin keyfiyyətinin artırılması üçün həm ali təhsil müəssisələrinin əməkdaşları, həm də akkreditasiya komissiyaları üzvləri üçün bu kimi tədbirlərin keçirilməsini davam etdirəcək.

 

1 / 14