Azərbaycan Respublikası Təhsil Nazirliyi
Akkreditasiya və Nostrifikasiya İdarəsi

Müraciətçilərin diqqətinə! 24.11.2017

Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya Idarəsi tərəfindən həyata keçirilən xarici dövlətlərin təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) prosesi tam olaraq elektronlaşıb. Bu səbəbdən də istər ölkə, istərsə də xarici vətəndaşlar tərəfindən alınan xarici təhsil ixtisaslarının Azərbaycan Respublikası ərazisində tanınması məqsədilə edilən müraciətlərə dair tələb olunan sənədlər İdarə tərəfindən yalnız elektron formada qəbul olunur. Belə ki, hər bir müraciətçi tələb olunan sənədləri İdarənin internet saytı (www.ani.edu.gov.az)  vasitəsi ilə elektron formada yükləməlidir.

 

Lakin araşdırmalarımız göstərir ki, bir cox hallarda məzunların sənədləri özləri və ya müvafiq ödəniş qarşılığında müxtəlif şirkətlər tərəfindən elektron qaydada düzgün yüklənilmədiyi üçün onların İdarə tərəfindən icraata götürülməsi mümkün olmur.

 

Eyni zamanda bir çox tərcümə mərkəzləri tərəfindən Azərbaycan dilinə tərcümə olunan sənədlərdə ciddi yalnışlıqlara yol verilir ki, bu səbəbdən də İdarənin ekspertləri düzgün qərar verməkdə çətinliklərlə üzləşirlər.  

 

Bütün bunlar isə yekunda müraciətçilərin xarici təhsil ixtisaslarının tanınması prosesində müəyyən ləngimələr yaradır ki, bu da insanlarda müəyyən narazılıqlara səbəb olur.

 

Yuxarıda qeyd olunan bu növ problemlərin aradan qaldırılması məqsədi ilə əcnəbi dildə olan sənədlərin Azərbaycan dilinə tərcümə olunması və onların digər tələb olunan sənədlərlə birlikdə elektron sistemə yüklənilməsinə dair ödənişli xidmət yaradılıb.

 

Xidmət mərkəzi Qara Qarayev prospekti 2B ünvanında, İdarənin inzibati binasının yanında yerləşir.

 

 

 

1 / 14