Azərbaycan Respublikası Təhsil Nazirliyi
Akkreditasiya və Nostrifikasiya İdarəsi

Sənədlərə baxılma qaydası

SƏNƏDLƏRƏ BAXILMA QAYDASI


Beynəlxalq təcrübəyə əsasən diplomların tanınması proseduru dörd aydan artıq müddətə baxılır. Diplomların tanınması ilə bağlı tez-tez xarici təhsil müəssisələrinə və ya dövlət orqanlarına sorğu göndərmək lazım olur. Bu da işin artması deməkdir. Tələb edilən sənədlərin içərisində mütəxəssis tərəfindən müvafiq qaydalara uyğun olaraq çatışmayan sənədlər aşkar olunduqda sizin elektron poçt ünvanınıza və tərəfinizdən təqdim olunan mövcud əlaqə nömrəsinə rəsmi bildiriş göndəriləcəkdir.

Sənədlərin baxılması dayandırılıb
– təqdim olunan sənədlərlə bağlı müvafiq orqanlara sorğu göndərilib və cavab gözlənilir (diplomun verilməsi, lisenziya, akkreditasiya, və s.) Maksimal müddəti məhdudiyyətsizdir (sənədlərin baxılması yalnız sorğuya cavab gəldikdən sonra həyata keçirilə bilər).

Baxılıb
– təqdim olunan diplomla bağlı müsbət və ya mənfi rəy Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya idarəsi tərəfindən qəbul olunur.

Sənəd hazırdır
– diplomun tanınması ilə bağlı müvafiq sənəd təqdim olunmağa hazırdır. 


!
Diqqət
!
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə notarius tərəfindən təsdiq olunmuş fotosürətlər təqdim edildikdən sonra ərizəçiyə geri qaytarılmır! Bütün sənədlər müddətli Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin arxivində saxlanılır.