Respublika çempionatının zona mərhələsi 02.04.2019

Məktəblər arasında keçirilən respublika çempionatının proqramına uyğun olaraq atletika idman növü üzrə zona yarışı keçirilib.

Respublika Olimpiya Mərkəzində keçirilən yarışda Şuşa, Zəngilan rayonları və Bakı şəhərinin 12 rayonunun məktəb komandaları mübarizə aparıb.

Yarışların nəticəsi olaraq I yeri Bakı şəhəri 251 nömrəli tam orta məktəbin, II yeri Bakı şəhəri S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının, III yeri Bakı şəhəri 269 nömrəli tam orta məktəbin komandası tutub.  Qaliblərə diplomlar təqdim olunub.

Daha bir zona yarışı şahmat idman növü üzrə Salyan rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbində start götürüb. Yarışda Astara, Lənkəran, Masallı, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Cəbrayıl rayonlarının məktəb komandaları

mübarizə aparır. Beş gün davam edəcək yarışlara 6 aprel 2019-cu il tarixində yekun vurulacaq.

Çempionatın əsasnaməsinə uyğun olaraq zona yarışlarında I və II yeri tutan məktəb komandaları final mərhələsinə vəsiqə qazanır. Yarışların açılış mərasimində tərəfdaş qurumların, idman ictimayyətinin nümayəndələri iştirak edib.

Qeyd edək ki, məktəblər arasında respublika çempionatı 26 sentyabr 2018-ci il tarixində Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir.

1 / 14