AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AKKREDİTASİYA VƏ NOSTRİFİKASİYA İDARƏSİ

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi təhsil müəssisələrində keyfiyyətin təminatının yüksəldilməsi, xarici təhsil sənədlərinin tanınması və ixtisasların ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) işinin səmərəli təşkili və bu işdə operativliyin artırılması, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi məqsədilə yaradılmışdır.

 

MİSİYA

 

Təhsildə keyfiyyətin təminatı sistemini təkmilləşdirməklə təhsil müəssisələrinin yerli və beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək, xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş təhsil sənədlərini tanımaq və ixtisas ekvivalentliyini müəyyən etməklə əmək bazarını təhsilli mütəxəssislərlə təmin etmək.

 

 STRATEJİ HƏDƏFLƏR

 

 1. Ölkənin təhsil sektorunda keyfiyyətin təminatı sistemini təkmilləşdirmək

  • Təhsilin müxtəlif pillələri üzrə keyfiyyətin təminatı standartlarını və qaydalarını Avropa Təhsil Məkanında keyfiyyətin təminatı üzrə standartlara və qaydalara uyğunlaşdırmaqla tətbiq etmək;
  • Keyfiyyətin təminatı prosesinə təhsilin keyfiyyətində maraqlı olan bütün tərəfləri (təhsilverənlər, təhsilalanlar və işəgötürənlər) cəlb etmək;
  • Keyfiyyətin təminatı üzrə qabaqcıl təcrübələrin öyrənilməsi vasitəsilə təhsil müəssisələrinin potensialını gücləndirmək;
  • Akkreditasiya prosesinə tanınmış beynəlxalq akkreditasiya agentliklərinin ekspertlərini cəlb etmək: məlumat, təcrübə və ekspert mübadiləsini həyata keçirmək;
  • Akkreditasiya Komissiyasının ekspertlərinin seçim meyarlarını müəyyən etmək, ekspert bankını yaratmaq və mütəmadi təkmilləşdirmək;
  • Akkreditasiyanın aparılmasına və Nostrifikasiya prosesinin təşkilinə dair təlim proqramları təşkil etmək;
  • Təhsil müəssisələrinə daxili keyfiyyətin təminatı sisteminin təkmilləşdirilməsində dəstək olmaq;
  • Təhsil müəssisələrinin milli reytinq sistemini yaratmaq.

 

 2. Təhsil ictimaiyyəti arasında peşəkar və etibarlı quruma çevrilmək

  • Maraqlı tərəflərlə dialoq və qarşılıqlı əməkdaşlıq qurmaq;
  • İdarə əməkdaşlarının bilik və bacarıqlarını mütəmadi inkişaf etdirmək;
  • Təhsil müəssisələri və təhsil proqramlarının akkreditasiyası üzrə məlumat bazası yaratmaq, akkreditasiyanın nəticələrini İdarənin rəsmi internet səhifəsində dərc etmək;
  • Nostrifikasiya xidməti üzrə yekun məlumatları ictimaiyyət üçün açıq və əlçatan etmək.

 

 3. Təhsildə keyfiyyətin təminatı üzrə beynəlxalq səviyyədə tanınan quruma çevrilmək

  • Təhsildə keyfiyyətin təminatı üzrə aparıcı beynəlxalq şəbəkələrə üzv olmaq;
  • Digər ölkələrin akkreditasiya və nostrifikasiya qurumları ilə əməkdaşlıq etmək və beynəlxalq layihələrdə iştirak etmək;
  • Beynəlxalq təşkilat və agentliklərlə təcrübə və ekspert mübadiləsi həyata keçirmək;
  • Nostrifikasiya elektron xidmət bazasını təkmilləşdirməklə müraciət edənlərlə İdarə arasında birbaşa ünsiyyəti minimallaşdırmaq və daha da keyfiyyətli xidmətlə təmin etmək
XƏBƏRLƏR