07.09.2018-ci il tarixdən etibarən nostrifikasiya ilə bağlı sənəd qəbuluna başlanılmışdır. 07.09.2018

07.09.2018-ci il tarixdən etibarən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı sənəd qəbuluna başlanılmışdır.

Təhsil sahəsində aparılan islahatların tərkib hissəsi olaraq, nostrifikasiya prosedurunda da yeniliklər və vətəndaşların istifadə rahatlığı məqsədilə dəyişikliklər həyata keçirilmişdir.  

Belə ki, sənədlərin yalnız elektron qaydada www.ani.edu.gov.az internet səhifəsi vasitəsilə rahat şəkildə təqdim olunması üçün sözügedən səhifədə müvafiq “Müraciət qaydaları” bölməsi yaradılmış, bütün tələb olunan sənədlər barədə ətraflı məlumat yerləşdirilmiş və eləcə də vətəndaşları ən çox maraqlandıran sualları özündə əks etdirən “Mütəmadi verilən suallar” bölməsi vətəndaşların istifadəsinə verilmişdir. Eyni zamanda, elektron ərizə sistemində aparılan təkmilləşdirmə işləri davam etdirilməkdədir.

Vətəndaşların diqqətinə çatdırırıq ki, nostrifikasiya proseduru ilə bağlı bütün rəsmi məlumatları www.ani.edu.gov.az internet səhifəsi vasitəsilə əldə etmək mümkündür.

Eyni zamanda müraciətçilərin diqqətinə çatdırırıq ki, Təhsil Nazirliyi nostrifikasiya proseduru çərçivəsində sənəd qəbulu ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə heç bir məsuliyyət daşımır.

 

1 / 14