Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin Akkreditasiya şöbəsinin müdiri Tofiq Əhmədov 15-17 noyabr tarixlərində Avstriyanın Vyana şəhərində keçirilən 13-cü Avropa Keyfiyyət Təminatı Forumunda (EQAF) iştirak etmişdir. 17.11.2018

EQAF Avropa Ali Təhsil Məkanında keyfiyyət təminatı sisteminin inkişafı üzrə aktual məsələlərin müzakirə edildiyi, bu istiqamətdə aparılan son araşdırmaların nəticələrinin təqdim edildiyi və ali təhsildə keyfiyyət təminatının inkişaf perspektivləri barədə fikir mübadiləsinin aparıldığı önəmli platforma hesab olunur. 

“Keyfiyyət təminatının əhatə dairəsinin genişləndirilməsi” mövzusuna həsr edilmiş bu ilki Foruma dünyanın 56 ölkəsindən 522 iştirakçı qatılmışdır. Forumda keyfiyyət təminatı üzrə ənənəvi mövzularla yanaşı, ali təhsilin dinamik inkişafı şəraitində "e-təhsil", ömürboyu təhsil, ali təhsil müəssisələrinin cəmiyyətə töhfəsi kimi yeni sahələrin keyfiyyət təminatı sisteminin qiymətləndirilməsi zamanı nəzərə alınmasınin vacibliyi ətrafında müzakirələr aparılmışdır. 

Akkreditasiya və Nostrifikasiya İdarəsi Keyfiyyət təminatı üzrə Avropa Şəbəkəsinin (ENQA) məşvərətçi üzvü olaraq, Azərbaycanda ali təhsil müəssisələrinin akkreditasiyasını həyata keçirən qurumdur. 

1 / 14