Vətəndaşların nəzərinə! 30.11.2018

Elektron ərizə sistemində aparılan təkmilləşdirmə işləri ilə əlaqədar 1-2 dekabr 2018-ci il tarixlərdə xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı sənəd qəbulu müvəqqəti olaraq dayandırılacaqdır.

Aparılan təkmilləşdirmə işlərində əsas məqsəd, sənədlərə baxılması prosesinin sürətləndirilməsi, vətəndaşlarla əks əlaqənin gücləndirilməsi və sistemin dayanıqlılığının təmin edilməsidir.

Anlayışınız üçün təşəkkür edirik.

1 / 14