Mingəçevir və Salyanda məktəbdaxili qiymətləndirmə qaydaları ilə bağlı görüş 09.01.2019

Mingəçevir şəhəri və Salyan rayonunda yerli təhsili idarəetmə orqanlarının və metodik kabinetlərin rəhbərlərinin iştirakı ilə görüş keçirilib.

Görüş iştirakçılarına “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın tətbiqi ilə bağlı ətraflı məlumat verilib.

Təhsil Nazirliyinin əməkdaşları tərəfindən məktəbdaxili  qiymətləndirmə qaydalarında dəyişiklikləri  zəruri edən səbəblər izah edilib.

Görüşdə iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

1 / 14