“Bizim müəllim” 15.03.2019

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal toplayan, Azərbaycanın bütün bölgələrində peşəkarlığı ilə seçilən müəllimlərin media təqdimatını davam etdirir.

“Bizim müəllim” layihəsinin budəfəki  təqdimatı Şabran rayonu Ə.Quliyev adına Şahnəzərli kənd tam orta məktəbinin kimya müəllimi Səkinə Ələkbərliyə həsr olunur. "Şagirdlərim kimyanı çox sevir, bu, məni qürurlandırır” - deyən Səkinə Ələkbərli ötən il müəllimlərin işə qəbulu üzrə müsabiqədə 55 bal toplayıb.

1 / 14