Polis Akademiyasında Akkreditasiya prosesinə dair təlim keçirilmişdir 15.03.2018

     ANİ-nin Akkreditasiya şöbəsinin əməkdaşları tərəfindən cari tədris ilindən başlayaraq həyata keçirilən akkreditasiya prosesinə dair təlimlərin davamı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında iki günlük təlim başa çatmışdır.

     Növbəti tədris ilində akkreditasiyası nəzərdə tutulan Polis Akademiyasında keçirilən təlimin məqsədi ali təhsil müəssisəsinə akkreditasiya prosesinə hazırlıq üçün dəstək göstərilməsi, müəssisə tərəfindən təqdim olunan özünütəhlil hesabatının təkmilləşdirilməsi və hesabatın tələb olunan qaydada tərtib olunmasına yardım göstərməkdir.

    Təlimdə Akademiyanın rəhbər heyəti, inzibati heyət, eləcə də professor müəllim heyətinin nümayəndələri iştirak etmişdirlər. Təlim zamanı Akademiyanın professor və müəllim heyətinə özünütəhlil prosesinin effektiv təşkili, hesabatlarda qiymətləndirmə meyarlarının tam şəkildə əksi, habelə müəssisənin fəaliyyətində son beş ilin dinamik inkişafının əks olunması, müvafiq ardıcıllıqla onların hesabatda göstərilməsi qaydaları müzakirə olunmuş və akkreditasiya üçün qiymətləndirmə istiqamətləri ətraflı şəkildə izah olunmuşdur. 

     Təlim iştirakçıları akkreditasiya prosesinin təşkilində bu təlimlərin faydalı olduğunu qeyd etmiş, ali təhsil müəssisələrində keyfiyyətin təminatı sisteminin təkmilləşdirilməsi üçün onların davam etdirilməsinin vacibliyini vurğulamışdırlar.

1 / 14