Siz xarici ali təhsil ixtisasınızın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət etməlisiniz. Ərizələrin qəbulu yalnız elektron qaydada www.ani.edu.gov.az internet səhifəsi vasitəsilə həyata keçirilir. Qeyd edilən elektron səhifədə tələb olunan sənədlərin siyahısı və yüklənmə qaydası ətraflı qeyd olunmuşdur.

Xeyr. Ərizələrin qəbulu yalnız elektron qaydada www.ani.edu.gov.az internet səhifəsi vasitəsilə həyata keçirilir. Bu səbəbdən, tələb olunan sənədləri elektron ərizədən savayı digər vasitələrlə təqdim edəcəyiniz təqdirdə, müraciətiniz qəbul edilməyəcəkdir.

Elektron ərizə doldurulan zaman yaranmış və ya qarşılaşdığınız hər hansı texniki nasazlıqla bağlı, şəxsiyyət vəsiqənizin FİN kodunu qeyd etməklə,  esupport@ani.edu.gov.az ünvanına müraciət etməyiniz xahiş olunur. Müraciətlər olduğu təqdirdə, problem ən qısa zamanda aradan qaldırılacaq və siz bu haqda məlumatlandırılacaqsınız.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq, yalnız ali təhsil (bakalavriat və magistratura səviyyələri) üzrə alınmış ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi həyata keçirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na və Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin Əsasnaməsinin 7.4-cü bəndinə uyğun olaraq, yalnız ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə alınmış ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi həyata keçirilir.

Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına müraciət etməyinizi tövsiyə edirik.

Yalnız aşağıda adları qeyd edilən ali təhsil müəssisələri tərəfindən (göstərilən illər ərzində) verilən diplomlar üzrə alınan ixtisaslar ölkə ərazisində tanınır:

1) Moskva Dövlət Açıq Universiteti (19.11.2007-ci il - 01.09.2010-cu illər ərzində);

2) Moskva Əmək və Sosial Münasibətlər Akademiyası (1999-2005-ci illər ərzində). 2006-cı ildən Akademiya Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təsisçiliyi ilə “Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası” adı ilə müstəqil ali təhsil müəssisəsi kimi fəaliyyət göstərir;

3) M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (fəaliyyətə başladığı tarixdən (27.02.2009-cu ildən) etibarən);

4) İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (fəaliyyətə başladığı tarixdən (15.05.2015-ci ildən) etibarən).

Azərbaycan Respublikası ərazisində distant və ya eksternat təhsilalma forması üzrə tədrisin təşkili və qiymətləndirilməsi mexanizmi qanunvericilikdə nəzərdə tutulmadığından bu tip təhsilalma forması üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları ixtisasların ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) mümkün deyildir.
Bu halda ərizə ilə müvafiq polis idarəsinə müraciət edib arayış əldə edilməli, “Azərbaycan müəllimi” qəzetində şəhadətnamənin itirilməsi barədə elan verilməli, daha sonra arayış və elanla birlikdə Akkreditasiya və Nostrifikasiya İdarəsinə yaxınlaşıb dublikat şəhadətnamə(lər)in verilməsi üçün ərizə ilə müraciət olunmalıdır.

Diqqətinizə çatdırırıq ki, nostrifikasiya prosedurlarında sənədlər yalnız elektron ərizə vasitəsilə qəbul edilir. Bu səbəbdən elektron ərizəni məsafədən doldurmaq mümkündür.

Müraciətinizlə bağlı hər hansı əməliyyat həyata keçirmək zərurəti yaranarsa, etibarnamə əsasında sizi təmsil edən səlahiyyətli nümayəndəniz bu barədə müvafiq tədbirlər həyata keçirə bilər.

Qeyd edək ki, bu qayda müsahibə mərhələsinə şamil olunmur, belə ki, müsahibədə müraciətçinin şəxsən özünün iştirak etməsi zəruridir.

Yalnız ailə üzvləriniz (ata, ana, qardaş və bacı) və etibarnamə əsasında sizi təmsil edən səlahiyyətli nümayəndəniz həftə içi hər gün saat 17:00-18:00 aralığında İdarəyə yaxınlaşaraq, şəhadətnamələrinizi əldə edə bilər.

Xeyr. Şəhadətnamələri əldə etmək üçün (həftə içi hər gün saat 17:00-18:00 arası) Akkreditasiya və Nostrifikasiya İdarəsinə yaxınlaşmağınız tələb olunur.

Azərbaycan Respublikasının mövcud təhsil qanunvericiliyində fərdi (individual) qrafik üzrə, əyani-qiyabi və ya qiyabi-əyani təhsilalma forması nəzərdə tutulmadığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə uyğun olaraq, bu tip təhsilalma formaları üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları ixtisasların ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) mümkün deyildir.

Xeyr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nda nəzərdə tutulmuş nostrifikasiya proseduru yalnız xarici ali təhsil müəssisələrindən məzun olan şəxslərə şamil olunur.

Xarici ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəli hər il müxtəlif mənbələr tərəfindən dərc olunur. Belə mənbələrə (“Times Higher Education World University Rankings”, “QS World University Rankings”, “Academic Ranking of World Universities (Shanghai Ranking)” və s.) məxsus məlumatlarla tanış olmaq üçün internet axtarış sistemlərindən istifadə edə bilərsiniz.

Azərbaycan Respublikası Təhsil Nazirliyi hal-hazırda xaricdə təhsil ilə əlaqədar məsləhət xidmətləri həyata keçirmir. Diqqətinizə çatdırırıq ki, Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, eləcə də xarici ali təhsil müəssisələri tərəfindən təqdim olunmuş sənədlərin tanınması və ekvivalentliyinin müəyyən olunması (nostrifikasiya) prosedurları ilə əlaqədar heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. Eyni zamanda bildiririk ki, iddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd nostrifikasiya müddətində heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinə (146) məlumat verməyiniz xahiş edilir. Bundan əlavə nəzərinizə çatdırırıq ki, Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası ərazisində tanınan xarici ali təhsil müəssisələri ilə bağlı hər hansı siyahı müəyyənləşdirilməmişdir.

Xarici ali təhsil ixtisaslarının nostrifikasiyasına fərdi qaydada baxıldığı üçün müvafiq ali təhsil sənədi əsasında Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət etməyiniz zəruridir. Yalnız belə olan halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq ekspertiza keçirilərək həmin diplom üzrə aldığınız ali təhsil ixtisasının ölkə ərazisində tanınıb-tanınmaması barədə qərar qəbul olunur.

Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası ərazisində tanınan xarici ali təhsil müəssisələri ilə bağlı hər hansı siyahı müəyyənləşdirilməmişdir.

Eyni zamanda bildiririk ki, xarici ali təhsil ixtisaslarının nostrifikasiyasına fərdi qaydada baxıldığı üçün müvafiq ali təhsil sənədi əsasında Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət etməyiniz zəruridir. Yalnız belə olan halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq ekspertiza keçirilərək həmin diplom üzrə aldığınız ali təhsil ixtisasının ölkə ərazisində tanınıb-tanınmaması barədə qərar qəbul olunur. 

Diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən nostrifikasiya prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. Qeyd edək ki, iddiaçılara hər hansı şirkət və ya şəxslər tərəfindən verilən vəd nostrifikasiya müddətində heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinə (146) məlumat verməyiniz xahiş edilir.

ani.edu.gov.az internet səhifəsinin "Nostrifikasiya - Tələb olunan sənədlər" bölməsində tələb olunan sənədlərin siyahısı və yüklənmə qaydası ətraflı qeyd olunmuşdur.

Bu barədə ani.edu.gov.az internet səhifəsinin “Nostrifikasiya - Tələb olunan sənədlər” bölməsindən ətraflı məlumat əldə edə bilərsiniz.

Bir qayda olaraq, nostrifikasiya üçün müraciət edən hər bir şəxsin nəzərdə tutulan ödənişləri etməsi və müvafiq qaydada sənədlərini təqdim edərkən, ödəniş etdikdən sonra ödənişin uğurla tamamlanmasına dair ona verilmiş hər iki qəbzin elektron surətini [skan] də digər sənədlərlə birlikdə müraciət ərizəsinə əlavə etməsi zəruridir. Əks təqdirdə, elektron ərizənizin qəbul edilməsi mümkün olmayacaqdır. (Bu barədə ani.edu.gov.az internet səhifəsinin “Nostrifikasiya - Tələb olunan sənədlər” bölməsindən ətraflı məlumat əldə edə bilərsiniz).

Bu barədə ani.edu.gov.az internet səhifəsinin “Nostrifikasiya - Tələb olunan sənədlər” bölməsindən ətraflı məlumat əldə edə bilərsiniz.

Bu barədə ani.edu.gov.az internet səhifəsinin “Nostrifikasiya - Tələb olunan sənədlər” bölməsindən ətraflı məlumat əldə edə bilərsiniz

Bəli. Bu barədə ani.edu.gov.az internet səhifəsinin “Nostrifikasiya - Tələb olunan sənədlər” bölməsindən ətraflı məlumat əldə edə bilərsiniz.

Dövlət Proqramı və ya hökumətlərarası müqavilələr çərçivəsində xaricdə təhsil almış olmaları həmin şəxsləri nostrifikasiya prosedurundan keçmə zərurətindən azad etmir. Sadəcə olaraq nəzərinizə çatdırırıq ki, sözügedən məzunların müvafiq təhsil sənədlərinin leqallaşdırılması tələb olunmur, eləcə də onların sənədlərinə sadələşdirilmiş qaydada baxılır.

Qeyd: Birtərəfli olaraq xarici dövlətlər tərəfindən təqdim olunan təqaüd proqramları çərçivəsində xaricdə təhsil almış müraciətçilərə yuxarıda qeyd olunan imtiyazlar şamil olunmur.

Təqdim etdiyiniz sənədlərin icrasının hansı mərhələdə olması barədə şəxsi kabinetinizdə yerləşdirilən elektron məlumat və elektron ərizənizdə qeyd etdiyiniz əlaqə nömrəsinə göndərilən SMS vasitəsi ilə məlumat əldə edə bilərsiniz.

Nostrifikasiya üçün edilmiş müraciətlərin sayının çoxluğundan, sənədlərin araşdırılması ilə əlaqədar müvafiq səlahiyyətli orqanlara sorğuların göndərilməsindən, eləcə də məzun olduğunuz ali təhsil müəssisəsindən və ixtisasınızdan asılı olaraq, sənədlərinizin icra müddəti dəyişir. Bütün proses ərzində ərizənizlə bağlı ən tutarlı məlumatı şəxsi kabinetinizdə yerləşdirilən elektron məlumat vasitəsilə əldə edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, müraciətinizin statusu ilə bağlı tərəfinizdən edilmiş çoxsaylı müraciətlər sənədlərinizin icrasında ciddi gecikmələrə səbəb ola bilər.

Nostrifikasiya üçün edilmiş müraciətlərin sayının çoxluğundan, sənədlərin araşdırılması ilə əlaqədar müvafiq səlahiyyətli orqanlara sorğuların göndərilməsindən, eləcə də məzun olduğunuz ali təhsil müəssisəsindən və ixtisasınızdan asılı olaraq, sənədlərinizin icra müddəti dəyişir. Bütün proses ərzində ərizənizlə bağlı ən tutarlı məlumatı şəxsi kabinetinizdə yerləşdirilən elektron məlumat vasitəsilə əldə edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, müraciətinizin statusu ilə bağlı tərəfinizdən edilmiş çoxsaylı müraciətlər sənədlərinizin icrasında ciddi gecikmələrə səbəb ola bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2010-cu il tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.2-ci bəndinə görə magistratura səviyyəsində bakalavr təhsili bazasından ayrı-ayrı ixtisasların ixtisaslaşmaları üzə müvafiq təhsil proqramlarının əsasında mütəxəssislər hazırlanır. Nəticədə, Azərbaycan Respublikasında magistratura təhsili bakalavriat ixtisasının ixtisaslaşmaları üzrə həyata keçirilir. Bu baxımdan, bakalavriat səviyyəsində bir ixtisas üzrə təhsil almış şəxs, magistratura səviyyəsində digər (fərqli) ixtisasların ixtisaslaşmaları üzrə təhsil aldığı halda, həmin sənəd üzrə alınmış ixtisasın ölkə ərazisində ekvivalentliyinin müəyyən olunması mümkün deyildir.

Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) prosedurunu tənzimləyən normativ-hüquqi sənədlərdə müraciətçilərə sosial statusuna görə güzəştlər və ya imtiyazların tətbiq olunması nəzərdə tutulmamışdır.

Bu status sizin ali təhsil ixtisasınızın tanındığını və tanınmanın yekun təsdiqedici sənədi olan müvafiq şəhadətnamələri əldə etmək üçün həftə içi hər gün saat 17:00-18:00 arası Akkreditasiya və Nostrifikasiya İdarəsinə yaxınlaşmalı olduğunuzu göstərir.

Verilən şəhadətnamələr üçün hər hansı etibarlılıq müddəti nəzərdə tutulmamışdır.

Qəhvəyi rəngli şəhadətnamə tanınan xarici ali təhsil ixtisasının Azərbaycan Respublikasındakı müvafiq ekvivalentini göstərmək üçün, yaşın rəngli şəhadətnamə isə ölkə ərazisində təhsilin növbəti pilləsinə qəbul olunmaq üçün nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, Qaydaların 3.6-cı bəndində göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Yekun olaraq mənfi rəy aşağıdakı hallarda verilə bilər:

• Xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün ümumi normativ müddət Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda;

• Təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa);

• Xarici ölkələrdə verilən təhsil, istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə;

• Sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan digər tələblərin uyğunsuzluğu (təhsil müddətində ciddi fərqlər, təhsil formasının distant olması, ali təhsil müəssisəsinin akkreditasiyasının olmaması və s.) aşkarlandıqda.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə uyğun olaraq, şəhadətnamələr aşağıdakılara əsasən verilir:

• Təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy;

• Təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi;

• Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr; Sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin (təhsil müddəti, təhsil forması, akkreditasiya və s.) uyğunluğu.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.4-cü bəndinə uyğun olaraq, ekspertiza zamanı aşağıdakılar nəzərə alınır:

• sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu;

• tədris planının və proqramlarının məzmunu;

• attestasiya sistemləri;

• öyrənilmiş fənlərin həcmi;

• fənlər üzrə attestasiyanın nəticələri;

• istehsalat təcrübəsi və onun müddəti;

• yekun attestasiyanın nəticəsi.

Diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.06.2010-cu il tarixli, 117 nömrəli Qərarı ilə təsdiq olunmuş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6-cı bəndinə əsasən bakalavriat səviyyəsində müvafiq təhsilalma forması üzrə təhsilin normativ müddətinə və həmçinin təhsil alacağınız xarici ali təhsil müəssisəsinin bakalavriat səviyyəsində həmin təhsilalma forması üzrə tələb olunan tədris normativinə riayət etməyiniz zəruridir. Ali təhsil müəssisəsinə qəbul olunma növü ekspertiza zamanı nəzərə alınır, lakin tanınma üçün yeganə amil deyildir.

Diqqətinizə çatdırırıq ki, Qaydaların 3.4-cü bəndinə uyğun olaraq, ekspertiza zamanı sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin (o cümlədən təhsil müddəti) uyğunluğu nəzərə alınır.

Bu səbəbdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.06.2010-cu il tarixli, 117 nömrəli və 12.05.2010-cu il tarixli, 88 nömrəli qərarları ilə təsdiq olunmuş, müvafiq olaraq “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nın və “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.6-cı bəndlərinə əsasən bakalavriat/magistratura səviyyəsində müvafiq təhsilalma forması üzrə təhsilin normativ müddətinə və həmçinin təhsil aldığınız xarici ali təhsil müəssisəsinin bakalavriat/magistratura səviyyəsində həmin təhsilalma forması üzrə tələb olunan tədris normativinə riayət etməyiniz zəruridir.

Müvafiq sərhədkeçmə məlumatları vasitəsilə vətəndaşın tədris müddəti ərzində təhsil aldığı ölkənin ərazisində olduğu müddət əsasında.

Belə olan halda, kabinet.nostrifikasiya.edu.az səhifəsi vasitəsilə, “Şifrəni unutmusunuz?” keçidinə daxil olmaqla, şifrənizi bərpa edə bilərsiniz.

Ali təhsil müəssisəsinə qəbul olunma növü ekspertiza zamanı nəzərə alınır, lakin tanınma üçün yeganə amil deyildir.

Nəzərinizə çatdırırıq ki, son dövrlərdə attestat əsasında bakalavriat pilləsinə qəbul adı altında keyfiyyətsiz təhsil verən ali təhsil müəssisələrinin sayının ciddi surətdə artması halı Təhsil Nazirliyini narahat etməkdədir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.4-cü bəndinə əsasən, ekspertiza zamanı sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu, tədris planının və proqramlarının məzmunu, eləcə də öyrənilmiş fənlərin həcmi nəzərə alınır.

Bu səbəbdən, xaricdə aldığınız ali təhsil ixtisasınızın ekvivalentinin Azərbaycan Respublikasının mövcud təhsil qanunvericiliyində nəzərdə tutulmuş ixtisasların təsnifatında olması zəruridir. Əks təqdirdə, Qaydaların 3.7-ci bəndinə uyğun olaraq, sizin aldığınız ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) mümkün olmayacaqdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa), bu hal sizin həmin təhsil sənədi üzrə aldığınız ixtisasın tanınmasından imtina etmək üçün səbəb ola bilər.

Müsahibə, xaricdə alınan təhsilin məzmununun Azərbaycan Respublikasının dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (müvafiq qaydalara uyğun olaraq) üçün ekspertizanın tərkib hissəsidir.

(Bu barədə ani.edu.gov.az internet səhifəsinin “Nostrifikasiya - Müsahibə” bölməsindən ətraflı məlumat əldə edə bilərsiniz).

Bu status sizin nostrifikasiya ilə bağlı təqdim etdiyiniz sənədlərin icraatının dayandırıldığını göstərir. Bu, iki səbəbdən baş verə bilər:

1.    Nostrifikasiya prosedurlarında nəzərdə tutulmuş ekspertiza çərçivəsində Sizin Akkreditasiya və Nostrifikasiya İdarəsində müvafiq ekspertlərin iştirakı ilə keçirilən müsahibədə (tədris dilində ünsiyyət) iştirak etmək zərurətiniz yaranmış, lakin təyin olunan vaxt ərzində həmin müsahibədə iştirak etməmisiniz. Bu səbəbdən, müsahibədə iştirakınızadək sənədlərinizin icraatı dayandırılmışdır.

Nəzərinizə çatdırırıq ki, müsahibədə iştirak etmək üçün vaxt təyin etmək məqsədi ilə info@ani.edu.gov.az elektron poçt ünvanına yazmağınız xahiş olunur;

2.    Nostrifikasiya ilə bağlı müraciətinizlə əlaqədar qərarın qəbul edilməsi üçün əlavə sənəd(lər)in təqdim olunmasına zərurət yaranmışdır. Bu barədə sizə müvafiq məlumat verilmiş, lakin təyin olunan vaxt ərzində müraciətimiz təmin olunmadığından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 32.5-ci bəndinə əsasən sənədlərinizin icraatı dayandırılmışdır. Tələb olunan əlavə sənəd(lər) yalnız şəxsi kabinetiniz vasitəsilə təqdim olunduqdan sonra icraat davam etdiriləcəkdir.

Diqqətinizə çatdırırıq ki, tələb olunan sənəd(lər)i elektron ərizədən savayı digər vasitələrlə təqdim edəcəyiniz təqdirdə, müraciətiniz qəbul edilməyəcəkdir.

Nostrifikasiya proseduruna uyğun olaraq, xarici ali təhsil müəssisələrinin verdiyi sənədlərin sahibləri ilə tədris dilində söhbətin aparılması üçün təşkil olunan və 15 (on beş) dəqiqəyə qədər davam edən müsahibə zamanı audio-video çəkiliş aparılır. (Bu barədə ani.edu.gov.az internet səhifəsinin “Nostrifikasiya - Müsahibə” bölməsindən ətraflı məlumat əldə edə bilərsiniz).

Təhlükəsizlik zərurəti ilə əlaqədar olaraq, müsahibədə yalnız müraciətçi şəxsiyyət vəsiqəsini təqdim edəcəyi təqdirdə iştirak edə bilər. Bu səbəbdən, müsahibədə iştirak etmək üçün Akkreditasiya və Nostrifikasiya İdarəsinə gələrkən, özünüzdən savayı kənar şəxsləri (valideyn, dost və s.) dəvət etməməyiniz xahiş olunur. (Bu barədə ani.edu.gov.az internet səhifəsinin “Nostrifikasiya - Müsahibə” bölməsindən ətraflı məlumat əldə edə bilərsiniz).

Müsahibə Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsində keçiriləcək. Ünvan: Bakı şəhəri, Q.Qarayev prospekti 2B (Bakı Texniki Kollecinin inzibati binası). AZ 1060. Müsahibənin keçiriləcəyi vaxt barədə məlumat sizə elektron ərizə vasitəsi ilə bildiriləcəkdir. (Bu barədə ani.edu.gov.az internet səhifəsinin “Nostrifikasiya - Müsahibə” bölməsindən ətraflı məlumat əldə edə bilərsiniz).

Üzrlü səbəbdən təyin olunmuş tarixdə/vaxtda müsahibədə iştirak edə bilməyəcəyiniz təqdirdə, öncədən info@ani.edu.gov.az elektron poçt ünvanına yazmaqla Akkreditasiya və Nostrifikasiya İdarəsini məlumatlandırmağınız zəruridir. Əks təqdirdə, müraciətinizə baxılmasında ciddi gecikmələr baş verə bilər. (Müsahibə barədə ani.edu.gov.az internet səhifəsinin “Nostrifikasiya - Müsahibə” bölməsindən ətraflı məlumat əldə edə bilərsiniz).