LEQALLAŞDIRMA

 

Nostrifikasiya üçün təqdim olunan, xarici ölkələrin müvafiq rəsmi strukturları tərəfindən verilmiş təhsil sənədləri (diplom və ona əlavə [transkript]) “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Haaqa Konvensiya"sına uyğun olaraq sənədi verən ölkənin səlahiyyətli qurumu tərəfindən “apostil” möhürü/sertifikatı ilə leqallaşdırılmalıdır.

 

Bununla həmin sənədlərdəki imza və möhürlərin Konvensiyanın qoyduğu tələblərə uyğun olması təsdiq olunur. Apostilsiz təqdim olunmuş sənədlərin baxılması mümkün olmadığını nəzərə alaraq, bu tip sənədlərin elektron ərizə vasitəsilə göndərilməsi sizin müraciətinizə baxılmasında ciddi gecikmələrə səbəb ola bilər.

 

DİQQƏT! “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və Təhsil Nazirliyi tərəfindən icra olunan hökumətlərarası müqavilələr çərçivəsində məzun olmuş müraciətçilər üçün sədaləşdirilmiş nostrifikasiya proseduru nəzərdə tutulduğundan, həmin müraciətçilərin təqdim etdiyi təhsil sənədlərinin leqallaşdırılması tələb olunmur.

 

Nostrifikasiya üçün təqdim ediləcək diplom və ona əlavəni [transkript] apostil möhürü ilə leqallaşdırmaq üçün aşağıdakılar nəzərə alınmalıdır:

  1. Müxtəlif ölkələrdə leqallaşdırmaya qoyulan fərqli tələbləri nəzərə alaraq, apostil möhürü/sertifikatı əldə etmək üçün təhsil sənədini təqdim edən ali təhsil müəssisəsinə müraciət olunmalıdır;
  2. Müvafiq olaraq leqallaşdırılmış sənədlərin əslinin elektron surəti [skan] apostil möhürü/sertifikatı ilə birlikdə bir pdf formatında fayl şəklində elektron ərizəyə yüklənilməlidir.

 

İstisna olaraq, “Haaqa Kovensiyası”na qoşulmayan xarici ölkələrdə alınan ali təhsil haqqında sənəd [diplom] və ona əlavə [transkript], sənədi verən ölkənin səlahiyyətli qurumunda müvafiq qanunlara uyğun olaraq təsdiq edildikdən sonra Azərbaycan Respublikasının sənədi verən ölkədəki səfirliyində (və ya konsulluğunda) leqallaşdırılmalıdır.

 

Aşağıdakı keçid vasitəsilə rəsmi leqallaşdırma nümunələri ilə tanış ola bilərsiniz - elektron ərizə təqdim olunan zaman sənədlər müvafiq nümunələrə uyğun olmalıdır. 

 

Leqallaşdırmaya dair bəzi ölkələrin rəsmi nümunələri