MÜSAHİBƏ

Nostrifikasiya prosedurlarında nəzərdə tutulmuş ekspertiza çərçivəsində müraciətçilərin Akkreditasiya və Nostrifikasiya İdarəsində müvafiq ekspertlərin iştirakı ilə keçirilən müsahibədə (tədris dilində ünsiyyət) iştirak etmək zərurəti yarana bilər.

 

Müsahibənin keçiriləcəyi vaxt barədə məlumat sizə elektron ərizə vasitəsi ilə bildiriləcəkdir. Müsahibələr yalnız Akkreditasiya və Nostrifikasiya İdarəsində keçirilir (Əlaqə vasitələri). Müsahibəyə dəvət olunan namizədlər müsahibədə iştirak etmək üçün öz şəxsiyyət vəsiqələrini (hərbi qulluqda olanlar hərbi biletlərini) təqdim etməlidirlər.

 

Müsahibə zamanı audio-video çəkiliş aparılır və müsahibələr ortalama 15 (on beş) dəqiqə davam edir.

 

Aşağıdakı qaydalara riayət etməyiniz xahiş olunur:

 

  1. Elektron ərizə vasitəsilə təqdim olunan məlumatların doğruluğunun yoxlanılması məqsədilə müsahibəyə təyin olunan vaxtdan 15 (on beş) dəqiqə əvvəl gəlmək;
  2. Üzrlü səbəbdən müsahibədə iştirak edə bilməyəcəyiniz təqdirdə, öncədən info@ani.edu.gov.az elektron poçt ünvanına yazmaqla Akkreditasiya və Nostrifikasiya İdarəsini məlumatlandırmaq;
  3. Müsahibənin həyata keçirilməsini çətinləşdirən hərəkətlərə yol verməmək.

 

DİQQƏT! Öncədən təyin olunmuş vaxt ərzində müsahibədə iştirak etməmələri səbəbindən sənədlərinin icraatı dayandırılmış (sənədləri arxivləşdirilmiş) müraciətçilərin müsahibədə iştirak etmək üçün vaxt təyin etmək məqsədi ilə info@ani.edu.gov.az elektron poçt ünvanına yazmaları xahiş olunur.

 

 DİQQƏT! Müsahibədə məlumat vermədən iştirak etmədikdə və ya təyin olunmuş vaxtdan fərqli vaxtda müsahibəyə gəldikdə sizin müraciətinizə baxılmasında ciddi gecikmələr yarana bilər. 

 

Təhlükəsizlik zərurəti ilə əlaqədar olaraq, müsahibədə yalnız müraciətçi şəxsiyyət vəsiqəsini təqdim edərək iştirak edə bilər. Bu səbəbdən, müsahibədə iştirak etmək üçün Akkreditasiya və Nostrifikasiya İdarəsinə gələrkən, özünüzdən savayı kənar şəxsləri (valideyn, dost və s.) dəvət etməməyiniz xahiş olunur.