Müraciət qaydaları

 

MÜRACİƏT QAYDALARI

Bu bölmədə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) prosedurları, tələb olunan sənədlər və müvafiq qaydalar barədə bütün tələb olunan məlumatları əldə etmək mümkündür. Müraciət etməzdən öncə bu bölmədə təqdim olunmuş məlumatlarla diqqətlə tanış olmağınız tələb olunur.


Diqqətinizə çatdırırıq ki, bütün sənədlər elektron ərizə vasitəsilə göndərilməlidir. Elektron poçt, məktub və ya şəxsən təqdim olunan sənədlər icraata götürülmür. Sənədlərin elektron ərizədən kənar vasitələrlə göndərilməsi sizin müraciətinizə baxılmasında ciddi gecikmələrə səbəb ola bilər.


Nostrifikasiya ilə bağlı ərizələrə baxılma proseduru müxtəlif mərhələlərdən ibarətdir. Mərhələlər barədə son məlumatı elektron ərizənizi təsdiq etdikdən sonra istifadə edə biləcəyiniz Şəxsi kabinetdən izləmək mümkündür.


Qeydiyyat zamanı təqdim etdiyiniz elektron poçt və mobil nömrə tərəfinizdən daim istifadə olunan olmalıdır, belə ki, ərizənizlə bağlı yeniliklər bu vasitələrdən istifadə etməklə sizə bildiriləcəkdir. Elektron ərizədə qeyd olunan statusu mütəmadi yoxlamaq hər bir müraciətçinin məsuliyyətidir.

 

Faydalı keçidlər:

  1. Mütəmadi verilən suallar
  2. Tələb olunan sənədlər
  3. Müsahibə
  4. Təhsil sənədlərinin leqallaşdırılması qaydaları
  5. Nostrifikasiya prosedurunda istifadə olunan qanunvericilik aktları
  6. Elektron ərizə
  7. Şəhadətnaməni yoxla